"Battalnamə"

Battalnaməərəbtürk xalq qəhrəmanı Battal Qaziyə aid dastansayağı rəvayətlərin məcmusu. "Seyid Qazinin döyüşləri haqqında hekayətlər", "Hekayəti-Seyid Battal Qazi" adlı əlyazmaları var. Onların XI–XIII əsrlər dönəmində yazıya alındığı ehtimal edilir. "Battalnamə"nin Bakı nüsxəsi Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. Dastan, əsasən, ƏməviBizans müharibələrindən (VIII əsr) Anadoluya türk yürüşlərinin (XI əsr) qədər olan dövrü əhatə edir.

"Battalnamə"də hadisələr Malatya və onun ətrafındakı ərazilərdə baş verir. Battal Qazinin şər qüvvələr üzərində qələbəsi, kafirləri islama dəvət etməsi, Malatya əmiri Ömərin qızı ilə evlənməsi və s. əks olunmuşdur. Battal Qazinin Anadoluda xristianlarla döyüş səhnələri əski türk inancları və İran nağıllarından alınmış motivlərlə zəngindir. Hekayətlərdə döyüşlər siyasi deyil, dini (islam-xristian) səciyyə daşıyır. Dastanın ilk nüsxəsi nəsrlə yazılmışdır. 1769–70-ci illərdə Bəqayi adlı şair onu nəzmə çevirmişdir. Battal Qazi və "Battalnamə" ilə bağlı ilk olaraq H. Ethe tədqiqat aparmış və "Seyid Battalın yürüşü" (1871) adlı əsər yazmışdır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0. 3-cü cild. 2011.